إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqın Fəllucə şəhəri azadlıq ərəfəsində

İraqın qərbində əl-Anbar vilayətinin 2-ci önəmli şəhəri olan Fəllucənin ətraf bölgələrinin azad olunmasından sonra, bu şəhərin İŞİD terrorçularının işğalından azad olunması əməliyyatının 2-ci mərhələsi başlanıb.

20 min əsgər və 15 min könüllünün qatıldığı Fəllucə əməliyyatı uğurla davam edir. İŞİD-in işğalında olan bir neçə qəsəbə, o cümlədən Fəllucə şəhərinin xəstəxanası və ətraf küçələr terrorçulardan təmizlənib.

Ahlibeyt.az-ın İran medisına istinadən verdiyi xəbərə görə,İraq polisi komandanı bildirib: İraq qüvvələri əl-Kərmə və Fəllucə arasındakı yollar və kəndlərin hamısını İŞİD terrorçularından azad ediblər. Hal-hazırda İraq qüvvələri azad olunmuş bölgələri təmizləməklə məşğuldurlar.

İraq könüllü qüvvələrinin komandanı Kazım əl-Cabiri də Təsnim Xəbər Agentliyinə müsahibədə Fəllucə şəhərinin ətrafındakı bölgələrin azad olunasına toxunaraq deyib: Azad etmə əməliyyatı bir neçə mərhələdə həyata keçirilir. İlk mərhələsi bazar ertəsi günü tam uğurlu şəkildə baş çatdı.

Əl-Cabiri deyib: Fəllucənin azad olunması əməliyyatında çox önəmli nöqtə olan Fəllucə stansiyası azad olundu və bu böyük nailiyyət İŞİD-çilərin nəzarətində ola bu şəhərin azad olunması prosesinə önəmli təsir göstərəcək.

İraq könüllü qüvvələrinin komandanı İraq qüvvələrinin sürətlə irəlilədiyini qeyd edib və deyib: Müxtəlif istiqamətlərdə ordu və könüllü qüvvələrin irəliləməsi İŞİD-çilərin çaş-baş qalmasına, kömək istəməsinə və sonda əməliyyat bölgəsindən qaçmalarına səbəb oldu. Həmçinin İraq ordusu və könüllü qüvvələri bu əməliyyatda çoxlu sayda terrorçunu öldürüblər.

Qeyd edək ki, İraqın qərbində əl-Anbar vilayətində Fəllucə şəhərinin azad olunması əməliyyatı 23 maydan başlanıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2016  15:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!