إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Elşad İskəndərov BMT Sammitində: “Ermənistanın nifrət ideologiyası nüvə şantajı qədər təhlükəlidir”

İslam Konfransı Gənclər Forumundan (İKGF) verilən xəbərə görə, bu sözləri dünən Türkiyənin paytaxtı İstanbul şəhərində BMT-nin egidası altında keçirilən Ümumdünya Humanitar Sammitinin “Post-münaqişə zonalarında təhsil”  mövzulu iclasında çıxış edən İKGF sədri Elşad İskəndərov bildirmişdir.

Ahlibeyt.az-ın İİslam.az-a istinadən verdiyi xəbərə görə, İclasda eyni zamanda İSESCO və İKGF-ni təmsil edərək çıxış edən Elşad İskəndərov bildirmişdir ki, hal-hazırda UNESCO tərəfindən 42 ölkə silahlı münaqişə zonası kimi tanınıb. O, beynəlxalq ictimaiyyətin bu ölkələrdə yalnız gündəlik tələbat yardımları deyil, münaqişədən əziyyət çəkən gənclərin təhsil haqqının təmin olunması üçün də səylər göstərməsinin vacibliyini də vurğulamışdır.

Natiq  eyni zamanda qeyd etmişdir ki, BMT, UNESCO və rasizmə qarşı fəaliyyət göstərən digər beynəlxalq qurumlar münaqişə tərəflərinin yeni nəslə qarşı yönəlmiş irqi nifrət  və insanlığa zidd təbliğatının qarşısının alınması üçün mövcud beynəlxaql mexanizmləri işə salmalıdırlar. Zirvənin açılışında Azərbaycan prezidenti  İlham Əliyevin çıxışında səsləndirilən, Ermənistanın nüvə silahı şantajı haqqında çağırışını iclas iştirakçılarının diqqətinə bir daha çatdıran Elşad İskəndərov bildirmişdir ki, Ermənistan rejimi kütləvi qırğın silahını istifadə edəcəyi bəyanatlarını verirsə, bunun səbəbini həmin ölkədəki rejimin insanlığa qarşı nifrət ideologiyası üzərində qurulmasında axtarmaq lazımdır.

Bu gün Ermənistanın təhsil müəssisələrindəki təbliğatında yeni nəslin zehni yalnız anti-Azərbaycan, anti-Türk düşmənçılıyı ilə deyil, həmçinin Türk irqinin genetik olaraq sivilizasiyaya uymadıgı kimi irqçı və İslamofob tezislər üzərində qurulmuş təbliğatla da doldurulur. Bu səbəbdən “Qarabağ klanı” kimi tanınan bu günkü rejimin banilərindən biri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Avropa Şurasının kürsüsündən belə azərbaycanlıların ermnilərlə genetik səviyyədə  birgə yaşayış üçün uyğun olmadığı tezisini səsləndirmişdir.

“Tarixə baxsag görərik ki, Hitlerin yəhudilərə, Akayesunun tutsi xalqına, Miloşeviçin  Srebrenisa sakinlərinə və indiki Ermənistan prezidenti Sarqsyanın Xocalıdakı dinc azərbaycanlılalra qarşı törətdiyi soyqırımların arxasında eyni bənzər ideoloji xətlər dayanmışdır”- deyən E. İskəndərov, bu tərzli nifrət ideologiyalarının erkən tanınması və aşkarlanaraq onlara qarşı fəaliyyətə keçilməsi istiqamətində beynəlxalq mexanizmin yaradılmasını təklif etmişdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2016  13:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!