إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqın baş naziri: İŞİD Fəllucədə darmadağın edildi, qələbə yaxındadır...

Bazar ertəsi günündən başlayan anti-terror əməliyyatları zamanı Fəllucə və ətraf bölgələrində çox sayda terrorçu məhv edilib

Ahlibeyt.az-ın  İslamazeri.az-a  istinadən verdiyi xəbərə görə, İraqın baş naziri Heydər Əl İbadi Fəllucə əməliyyatları ilə bağlı açıqlama verib.

Nazir əməliyyatların davam etdiyini və İraq ordusu və könüllülərinin böyük zəfərə yaxın olduğunu qeyd edib.

"İŞİD Fəllucədə(red: Fəllucənin bir çox bölgəsi və strateji mövqelərində)  darmadağın edildi. Qəhrəman güclərimiz Fəllucədə qələbə əldə edəcəklərinə az qalıb. Fəllucə digər yüzlərlə kənd, qəsəbə və şəhər kimi onun sakinlərinə geri qaytarılacaq, İŞİD terror qruplaşmasının zülm və əsarətindən nicat tapacaq. Bu bütün İraq xalqına hədiyyə olacaq.", - deyə İraqın baş naziri Heydər Əl İbadi bildirib.

İraq Könüllü Xalq Güclərinin sözcüsü Yusif Əl Kalabi də əməliyyatlarla bağlı açıqlama verib. O əməliyyatlar zamanı mülkü vətəndaşları hədəfə tuş gələcək yerlərdən uzaqlaşdırdıqlarını bildirib. Əl Kalabinin sözlərinə görə, əməliyyatdan öncə mülkü vətəndaşların evlərinə ağ bayrağlar sancılıb və bu da, mülkü vətəndaşların əməliyyatlar zamanı həlak olmalarının qarşısını alıb.

"Fəllucə əməliyyatında Könüllü Xalq Gücləri mülkü vətəndaşların hədəfə tuş gəlməmələri üçün əlindən gələni edir. Həmçinin, İŞİD-in Fəllucədən qaçmaması üçün güclərimiz səfərbər olmuşdur.", - deyə İraq Könüllü Xalq Güclərinin sözcüsü Yusif Əl Kalabi əlavə edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2016  12:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!