إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Taliban”ın yeni başçısının kimliyi məlum olub

ABŞ-ın Pakistanda keçirdiyi əməliyyatlar nəticəsində öldürülən “Taliban” lideri Molla Əhtar Mansuru əvəz edəcək şəxsin kimliyi müəyyənləşib.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə bu barədə  BBC məlumat yayıb.

Məlumata görə, terror təşkilatının yeni lideri Molla Heybatullah Axundzadədir. Bu barədə açıqlama yayan “Taliban”  Molla Mansurun öldürüldüyünü də ilk dəfə təsdiqləyib. Qəndəharda anadan olan Molla Heybətullah Axundzadə indiyə qədər terror təşkilatı başçısının müavini olub.

Kabildə çoxsaylı terror aktlarının törədilməsində iştirak edən “Hakkani” şəbəkəsinin  başçısı Siracuddin Hakkani və bir müddət əvvəl öldürülən “Taliban” rəhbəri Molla Ömərin oğlu Məhəmməd Yaqub onun müavinləri təyin edilib.

Qeyd edək ki, Molla Mansurun içərisində olduğu avtomobil Pakistanın Əfqanıstanla sərhədində vurulub. O, 2015-ci ildə terror təşkilatının başçısı seçilib. “Taliban”ın yaradıcısı Molla Ömər Məhəmməd olub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2016  12:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!