إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəsmi İraq: İŞİD terrorçuları İraqın Fəllucə şəhərindən təmizlənir

İraqın Fəllucə şəhərinin şərqindəki bəzi hissələr tam şəkildə terrorçuların işğalından çıxarılıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, "AlSuməriyya News"-un məlumatında bildirilir ki, İraqın Əl- Ənbar vilayətində Fəllucənin azad edilməsi əməliyyatının komandanı Əbdülvəhhab Əlsaidi bildirib ki, İraq ordusu və könüllü xalq qüvvələri Fəllucənin 13 kilometrliyində yerləşən Əlkərəmə şəhərini tam şəkildə İŞİD-in nəzarətindən çıxarmağa müvəffəq olublar.

Əl-Kərəmənin azad edilməsi əməliyyatında bir qrup İŞİD terrorçu məhv edilib və yaralanıbdır.

Məlumata görə, İŞİD üzvlərindən 40 nəfər İraqın təhlükəsizlik qüvvələri tərəfindən əsir alınıb.

İraqın baş naziri Heydər Əlibadi bazar ertəsi günü səhər tezdən Fəllucənin İŞİD-in işğalından azad edilməsi əməliyyatının başlandığını bildirib.

Terrorçu İŞİD qrupu 2013-cü ilin sonlarından Fəllucə şəhərini işğal edib.

Qeyd edək ki, İŞİD Fəllucəni ələ keçirdikdən sonra yerli sakinlərin şəhərdən çıxmalarının qarşısını alıb və onlardan insan sipəri kimi istifadə edir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2016  16:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!