|
• DünyadaSuriyada törədilən silsiləvi terror aktları qurbanlarının sayı 100-ü keçib - VideoSuriyanın Aralıq dənizi sahilindəki Tartus və Cable şəhərlərini silkələyən silsiləvi terror aktları nəticəsində ölənlərin sayı 100-ü keçib. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,Suriyanın təkcə Cable şəhərində dörd partlayış törədilib. “Cəbhat ən-Nusra” terror təşkilatının üzvləri Latakiya əyalətinin ətrafında yerləşən Cablenin yaşayış məhəllələrinə bir neçə reaktiv mərmi atıblar. “Suriya” televiziya kanalının məlumatına əsasən, raketlər Hay-əl-İmara məhəlləsindəki avtovağzalda partlayıb. Daha bir partlayış təcili tibbi yardım maşınları yaralıları daşıyarkən törədilib: terrorçu-kamikadze yerli “əl-Əsəəd” hospitalının girişində özünü partladıb. Eyni vaxtda Suriyanın böyüklüyünə görə ikinci liman şəhəri olan Tartusda da silsiləvi partlayışlar törədilib. Minalanmış avtomobil yeni avtovağzalın önündə partladılıb. “Suriya” telekanalı terrorçu-kamikadzenin binaya daxil olaraq, kütlə arasında özünü partlatdığını bildirir. Silsiləvi partlayışlarla bağlı məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2016 17:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |