23 May, 2016
Suriyada törədilən silsiləvi terror aktları qurbanlarının sayı 100-ü keçib - Video

Suriyanın Aralıq dənizi sahilindəki Tartus və Cable şəhərlərini silkələyən silsiləvi terror aktları nəticəsində ölənlərin sayı 100-ü keçib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,Suriyanın təkcə Cable şəhərində dörd partlayış törədilib.

“Cəbhat ən-Nusra” terror təşkilatının üzvləri Latakiya əyalətinin ətrafında yerləşən Cablenin yaşayış məhəllələrinə bir neçə reaktiv mərmi atıblar.

“Suriya” televiziya kanalının məlumatına əsasən, raketlər Hay-əl-İmara məhəlləsindəki avtovağzalda partlayıb.

Daha bir partlayış təcili tibbi yardım maşınları yaralıları daşıyarkən törədilib: terrorçu-kamikadze yerli “əl-Əsəəd” hospitalının girişində özünü partladıb.

Eyni vaxtda Suriyanın böyüklüyünə görə ikinci liman şəhəri olan Tartusda da silsiləvi partlayışlar törədilib. Minalanmış avtomobil yeni avtovağzalın önündə partladılıb.

“Suriya” telekanalı terrorçu-kamikadzenin binaya daxil olaraq, kütlə arasında özünü partlatdığını bildirir.

Silsiləvi partlayışlarla bağlı məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5139.html