|
• DünyadaTürkiyədə 65 dövlət və hökumət başçısının iştirak etdiyi Humanitar Sammit başlayıbBu gün Türkiyənin İstanbul şəhərində birinci Dünya Humanitar sammiti öz işinə başlayır. Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi məlumata görə, sammitdə iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev, BMT-ın baş katibi Pan Gi Mun, Almaniya kansleri Angela Merkel, Fələstin dövlət başçısı Mahmud Abbas artıq Türkiyəyə gəliblər. Ümumilikdə 5200 nəfər nümayəndənin iştirak etdiyi sammitdə dünyanın 177 ölkəsindən nümayəndələr, o cümlədən 65 dövlət və hökumət başçısı iştirak edir. Belə ki, sammitdə Ukrayna prezidenti Pyotr Poroşenko, Küveyt əmiri Sabah al- Əhməd əl- Caber əs-Sabah, Niderlandrın baş naziri Mark Rutte, Livanın baş naziri Tammam Salam, habelə Bolqarıstanın baş naziri, Səudiyyə Ərəbistanının xarici işlər naziri, Nigeriyanın, Qırğızıstanın, Madaqaskarın, Makedoniyanın, Çernoqoriyanın, Rusiyanın, Yəmənin və digər ölkələrin liderləri, hökumət başçıları iştirak edirlər. Qeyd edək ki, sammit BMT-ın baş katibinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə keçirilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2016 13:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |