إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda İmam Mehdinin (ə) doğum günü münasibəti ilə məscidin açılışı olub

Gürcüstanın Laqodexi rayonunun Uzuntala kəndində Həzrət İmam Mehdinin (ə) doğum günü ilə bağlı kənd məscidinin açılış mərasimi keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, tədbirdə din xadimləri, Faxralı kənd sakinləri və digər kəndlərdən dəvət olunan müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı Seyid Natiq Sadıqov məclisi Qurani-kərimin tilavəti ilə başlaması üçün ilk öncə Hacı Anar Bayramovu kürsüyə dəvət edib. Sonra Laqodexi rayonunun baş axundu Kamran Abbasov, digər dövlət və ictimaiyyət nümayəndələri bayram münasibətilə, eləcə də təmirdən sonra istifadəyə verilən məscidin açılışı münasibətilə tədbir iştirakçılarını və kənd sakinlərini təbrik edib. Çıxış edənlər başda Gürcüstan Müsəlmanları İdarəsi olmaqla məscidin təmirinə maddi, mənəvi və fiziki yardım edənlərə, zəhməti keçən hər kəsə təşəkkür ediblər.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov tədbir iştirakçılarını salamlayaraq təbrik edib. O, Həzrət İmam Mehdinin (ə) qeybə çəkilmə və zühurunun təxirə düşmə səbəbləri, İmamın zühurunu gözləyənlərin məsuliyyət və vəzifələri haqda ətraflı məlumat verib. Məscidin təmirində zəhməti keçənlərə, xüsusilə xeyriyyəçiləri cəlb etməklə BGMİ-nin təmir işləri məsuliyyətini öz üzərinə götürüb layiqincə icra edən Hacı Namiq Hüseynova, məscidin axundu Kamran Abbasova dərin təşəkkürnü bildirib. Yardım edənlərə Allahdan əcr və mükafat diləyib.

“Əhli-beyt hikməti” cəmiyyətinin sədri Hacı Namiq Hüseynov məscid inşa və abad edilməsinin fəzilətindən və bu işə səbəbkar olanların Qurani-kərimdə zikr olunan xüsusiyyətləri haqda söhbət edib.

Məscidin həyətində keçirilən tədbir dua oxunmaqla sona çatıb. Sonda məclis iştirakçıları bayram süfrəsinə dəvət olunublar.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2016  10:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!