|
• DünyadaHər il müsəlmanlar islam banklarına 1,8 trilyon dollar pul qoyurHər il müsəlmanlar islam banklarına 1,8 trilyon dollar pul qoyur. Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Abdulla əl-Saleh mayın 20-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Rusiya – islam dünyası sammitində belə deyib. Ahlibeyt.az-ın Faktxeber-ə istinadən verdiyi xəbərə görə, Kazanda keçirilən sammitə dünyanın 35 müsəlman ölkəsindən nümayəndələr qatılıb. Abdulla əl-Saleh sammitdə çıxışı zamanı islam iqtisadiyyatının stabil şəkildə inkişaf etdiyini vurğulayıb: “Bizim islam bankları ənənəvi banklara nisbətən daha sürətlə inkişaf edir. Bu, dünyada müsəlmanların sayının artdığı bir dövrdə çox mühüm faktordur. Müsəlmanlar hər il islam banklarına 1,8 trilyon dollar pul qoyurlar. Bu, islam bankçılığının inkişafı üçün yüksək perspektivin olduğunu göstərir”. Saleh qeyd edib ki, dünyada islam bankçılığını ən çox tətbiq edən ölkələrdən birincisi Malayziya, ikincisi Birləşmiş Ərəb Əmirlikləridir. Dünyada ilk islam bankı 1975-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində açılıb. İslam dini sələmi qadağan etdiyinə görə islam bankları pulu faizlə vermir. Belə banklar maliyyə yardımı göstərdiyi biznes layihələri mənfəət əldə etdikdə gəlir qazanır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2016 11:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |