|
• DünyadaABŞ Konqresində 11 sentyabr terror aktına görə Səudiyyə Ərəbistanına qarşı məhkəmə iddialarına dair qanun layihəsi qəbul olunubABŞ Senatı 2001-ci il 11 sentyabr tarixində törədilən terror aktları nəticəsində zərərçəkmiş şəxsləriə hücumların təşkilində əlaqəli hesab olunan Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırmaq hüququ verən qanun layihəsini qəbul edib. ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, “Terrorçuluğun sponsorlarına qarşı olan ədalət” qanunu senatorlar tərəfindən təsdiqləndikdən sonra sənəd Konqresin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minməsi üçün sənəd prezident Barak Obama tərəfindən təsdiqlənməlidir. Ağ Ev məsələ ilə əlaqədar dəfələrlə sənədin prezident tərəfindən imzalanmayacağı bildirib. Ağ Ev qeyd edib ki, qanunun qəbulu ölkə üçün “unikal təhlükə” yaradacaq, çünki bu, digər ölkələr üçün ABŞ-a qarşı iddia qaldırmaq imkanı yaradacaq. Qeyd edək ki, ABŞ-ın xarici borcunda 116,8 mlrd dollar paya malik olan Səudiyyə Ərəbistanı bundan əvvəl qeyd olunan qanunun hazırlanması ilə əlaqədar ABŞ-a öz narazılığını bildirib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adel əl-Cübeyr bir müddət əvvəl qeyd olunan qanunun qəbul olunacağı təqdirdə ölkənin ABŞ-dakı 750 mlrd dollar dəyərində aktivlərinin satışa çıxarılacağı ilə hədələmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2016 11:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |