|
• Dünyada"Fikrimcə bu il Həcc ziyarətini unutmalıyıq" - Ayətullah Məkarim ŞiraziDünyanın tanınmış və nüfuzlu İslam alimi Ayətullah Nasir Məkarim Şirazi ötən gün İranın İrşad və Mədəniyyət naziri Əli Cənnətini qəbul edib. Ahlibeyt.az-ın eastnews.org-a istinadən verdiyi xəbərə görə, Ayətullah Məkarim Şirazi görüşdə Səudiyyə Ərəbistanının İranla bağlı mövqeyini sərt şəkildə tənqid edib. "Səudiyyə Ərəbistanı bu ilki Həcc ziyarətinə siyasi cəhətdən yanaşır və intiqam almaq istəyirlər. Buna görə də, zəvvarlara yaxşı xidmət etmək çətinləşir. Fikrimcə bu il Həcc ziyarətini unutmalıyıq",-deyə o qeyd edib. İranın Yaxın Şərqdəki mövqeyinə də toxunan Ayətullah Məkarim Şirazi bildirib ki, İranın Yaxın Şərqdə əhəmiyyətli nüfuzu və mövqeyi var: "Buna görə də ABŞ-ın əlaltılarına tabe olmalı deyilik. Səudiyyə Ərəbistanı özlərini müqəddəs hərəmin (red- Kəbə evinin) sahibi hesab edir. Həcc ziyarəti zamanı bütün islam ölkələrindən orada nümayəndə olmalıdır". İŞİD-dən və digər təkfirçi terrorçulardan da söz açan Ayətullah Məkarim Şirazi vurğulayıb ki, Səudiyyə Ərəbistanı təkfirçiliyin dünyaya yayılmasına səbəb oldu: "Bununla bağlı sənədləri hazırlayıb bütün dünyaya nümayiş etdirməliyik". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2016 18:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |