إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ATƏT-in Minsk Qrupu Vyana danışıqlarının yekunlarına dair bəyanat yayıb

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələri təmsil edən ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşün yekunlarına dair birgə bəyanat yayıblar.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,bəyanatda bildirilir ki, həmsədr ölkələr münaqişənin hərbi yolla həllinin mümkünsüz olduğunu vurğulayıblar.

Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişinə hörmət etməyə çağırıblar.

Bəyanatda qeyd edilir ki, prezidentlər atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Bəyanatda, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması qeyd edilib. Prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2016  11:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!