|
• DünyadaPakistan Müsəlman Birliyinin baş katibi və Əhli-Beyt (ə) tərəfdarları aclıq aksiyası keçirir - FOTOPakistan Müsəlman Birliyinin baş katibi Əllamə Race Nasir Abbas Cəfəri və bir qrup şiə Kəraçi və Pançinar şəhərlərində şiələrin öldürülməsinə etiraz əlaməti olaraq İslam Abadda Jurnalistlər klubunun qarşısında aclıq askiyaya başlayıblar.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, artıq dörd gündür ki, baş katib və bir qrup digər şiələr aclıq aksiyasını davam etdirir. Onlar Kəraçidə insanhaqları üzrə fəal şiənin öldürülməsi, Parçinar şəhərində şiə etirazçılar və təhlükəsizlik qüvvələri arasında qarşıdurma nəticəsində 4 şiənin öldürülməsinə və İsmail Xan şəhərində hüquqşünasın öldürülməsinə etiraz əlaməti olaraq aclıq aksiaysı keçirirlər.
Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ən az 4 nəfər şəhid olub və 10 nəfər Əhli – Beyt (ə) tərəfdarı yaralanıb. Aclıq aksiyasında iştirak edənlər hökumətin bu hərəkətlərlə bağlı tez bir zamanda ölçü götürməsini tələb edirlər.
Pakistanın digər şəhərlərində də şiələr oturaq aksiyalara başlayır. Bəzi məlumatlara görə, aclıq aksiaysında iştirak edən şəxslərin bəzisinin halı pisləşib. Aksiya iştirakçıları hökumət ciddi tədbir görməyənədək aclıq aksiyasını davam etdirəcəklərini bildiriblər. (abna)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2016 17:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |