إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmam Hüseynə(ə) ağlamaq, ədalətin məzlumiyyətinə ağlamaqdır

Seyidüş-Şühədanın(ə) hadisəsində insan əslində ədlin və əqlin məzlumiyyətinə ağlayır. Əqlə əgər istəsən surət verəsən ən gözəl surət verilməlidir. Həmçinin ədlə də istəsən surət verəsən məleykə surətində zahir olar. O şeylər ki Behiştdə yaranıb əql və ədlin təzahürüdür.

Burada əql ağacının meyvəsi ədl, ədl ağacının meyvəsi isə əqldir. İmam Rzadan(ə) sual edirlər ki, Adəmin Behiştdə meyvəsini nuş etdiyi qadağan olunmuş ağac hansı ağacdlr; əncir, xurma yaxud buğda ağacı? İmam Rza(ə) cavabında buyurur ki, bunlar hamısı doğrudur. Soruşurlar ki, axı bu necə ola bilər? Cavabında buyurur ki, Behişt ağacları dünya ağacları kimi deyil ki, əncir ağacı xurma, alma yaxud armud verə bilməsin. Behişt ağacları Behişt əhlinin ixtiyarındadır. Behişt əhli isə nə istəsə o hasil olar. (Buharul-Ənvar c.26, səh.273).

Burada əql ağacının meyvəsi ədl, ədl ağacının meyvəsi isə əqldir; Əgər bir kəs aqil olsa, adil olar. Və əgər bir nəfər adil olsa, həmçinin aqil olar. Biz bu cür ağacı kəsmək və qopartmaq istədikdə göz yaşı töküb, nalə edirik.

Yəni ağlamaq bütün çətinlikləri həll edir?

Dünyanın həsənələri(yaxşılıq, gözəllik) əql və ədllə hasil olurlar. Bu işlər(həsənələr-red) Seyidüş-Şühədanın rövzə oxunmağı ilə bərəkəti ilə hasil olur. Ağlamaq gözəl şeydir. Amma ağlamağın faydası 10%-dir. Qalan 90% isə qavrama, düşüncə, elmi söhbətlər, Quran ayələri, rəvayətlər, Aşura hərəkatının və İslam tarixinin təhlili və başqa elmi məsələlərlə hasil olur.

Əgər görsəniz cəmiyyət müstəqildir, bu Şəhidlər Sərvərinin və elmi qavramanın bərəkəti ilədir.

Deyirlər ki, alimin yuxusu qeyri-alimin ibadətindən üstündür. Çünki onu bir yalanla aldatmaq mümkündür amma alimi yox. Buna görə hər gün və hər yerdə elm oxumaq tapşırılmışdır.

Hz.Rəsuləllah(s) buyurmuşdur: “İnsanın bir saat olub da heç bir şey öyrənmədiyi məclisin heç bir bərəkəti yoxdur”. Bizim bütün işlərimiz gərək “Qürbətən iləllah” olsun.

Allaha mənəvi yaxınlaşmanın ən gözəl yolu ədl və əqldir.

Buyrulmuşdur ki, insan bir saat bir yerdə ola və heç nə öyrənməyə o qədər Allahdan uzaq düşür. Allah yəni əqlin, ədlin, elmin və hikmətin özü. İnsan əql və ədldən uzaq düşərsə, o zaman elm və hikmətdən uzaq düşər ki, bununla da mütləq süqut edər və həlak olar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2011  07:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!