|
• Mənəviyyat • Mənəviyyatİlahi rəhmət...Əgər insan qəflət və azğınlıq səbəbindən günahlara yol vermişsə həqiqi tövbə yolu ilə bağışlanıb, ilahi rəhmətə qovuşa bilər. Əgər insan cümə axşamı "Kumeyl” duasını oxuyub tövbə edərsə rəhmət yağışının nazil olduğu bu gecədə hökmən bağışlanar. "Zumər” surəsinin 53-cü ayəsində oxuyuruq: "Ey özünə israfı rəva bilənlər, Allahın rəhmətindən məyus olmayın. Heç şübhəsiz, Allah bütün günahları bağışlayır. Doğrudan da O, bağışlayan və mehribandır.” Qurani-Kərimdə Allahın rəhmətindən danışan ilahi ifadələr çoxdur: "O Allah bağışlayan və rəhimdir.” "Allah Öz bəndələrinə qarşı mehribandır.” "Allah sizi Öz icazəsi ilə Cənnətə bağışlanmağa çağırır.” "Həqiqətən Allah bağışlayan və həlimdir.” "Allah böyük mərhəmət, nemət sahibidir.” "Allah əfv edən və bağışlayandır.”(«Məcmueye-vərram», 1-ci cild, səh-9.) "Allah tövbələri qəbul edən və bağışlayandır.” "Allah rəhimlilərin ən rəhimlisidir.” "Həqiqətən, sənin Rəbbin çox bağışlayandır Bu ayələrə diqqətlə nəzər saldıqda məlum olur ki, Allaha üz tutub günahlara görə tövbə etmək vacib, Onun rəhmətindən ümidsizlik isə haram və böyük günahdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2016 13:02 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |