|
• DünyadaGürcüstanda yeni məscidin açılışı olubGürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yeni məscidin açılışı olub. Ahlibeyt.az-ın Apa-ya istinadla verdiyi məlumatına görə, açılışdan öncə Gürcüstanda səfərdə olan İraq və İran nümayəndə heyətlərinin üzvləri ilə Marneuli rayon icra başçısı Merab Topçişvili, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və digərlər arasında görüş keçirilib. İraqdan gələn din xadimi Ayətullah Seyyid Cavad Şəhristani M. Topçişviliyə Quran kitabı hədiyyə edib. Marneuli icra başçısı isə qonağa Şota Rustavelinin gürcü və Azərbaycan dillərində nəşr olunan “Pələng dərisi geymiş pəhləvan” əsərini hədiyyə edib. Sonra Marneulidə Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə inşa olunan yeni məscidin açılışı olub. Tədbirdə Gürcüstan, İraq və İranın din xadimləri, habelə İranın Gürcüstandakı səfiri Abbas Talebifar, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Dursun Həsənov və Kvemo Kartli bölgəsində fəaliyyət göstərən din xadimləri iştirak ediblər. Qonaqlar məsciddə namaz qılıblar. Tədbirin sonunda ehsan verilib. Həmin gün məscidin yanında Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə yeni tikilən və müasir avadanlıqlarla təchiz olunmuş klinikanın açılışı olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2016 11:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |