|
• Dünyada"Meqa İslam Bankı" 10 mlrd. dollar kapitalla işə başlayacaqFaizsiz bankçılıq sektorunu maliyyələşdirəcək "Meqa İslam Bankı"nın 10 mlrd. dollar kapitalla yaradılması planlaşdırılır. Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Bank hələ işə başlamasa da, artıq Türkiyə və İndoneziya arasında mübahisələrə səbəb olub. Bankın mərkəzi ofisinin İstanbulda, yoxsa İndoneziyanın paytaxtı Cakartada olmasına qərar verilə bilinmədiyindən hazırda iki bankın qurulması variantı təhlil edilir. Son qərarın Türkiyə baş nazirinin müavini Mehmet Şimşəyin Cakartaya səfərindən sonra verilməsi gözlənilir. Qeyd edək ki, iki bankın qurulması fikri İndoneziya, Türkiyə və İslam İnkişaf Bankı tərəfindən Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun illik toplantısında irəli sürülüb. Qeyd edək ki, Türkiyə faizsiz bankçılığa dəstək olması üçün bir müddətdir İslam İnkişaf Bankı ilə "Meqa İslam Bankı"nın qurulması layihəsi üzərində iş aparıb. M.Şimşəyin açıqlamalarına görə, veriləcək qərardan asılı olmayaraq, bu il bankın qurulması prosesi sona çatacaq. Baş nazirin müavini Cakartada qurulacaq bankın Asiya bölgəsinə, İstanbulda qurulacaq bankın isə dünyanın digər hissəsinə xidmət edəcəyini qeyd edib. Əldə olunan məlumatlara görə, İstanbulda qurulacaq "Meqa İslam Bankı"na Türkiyə ilə birlikdə Qətər, Səudiyyə Ərəbistanı və bir neçə Fars körfəzi ölkəsinin ortaq olacağı bildirilir. Xatırladaq ki, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda İslam bankçılığının yaradılmasına ehtiyac olmadığını açıqlayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2016 09:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |