إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani Gürsüctanda səfərdədir - Foto

Müasir zamanamızın İrakdakı tanınmış dini rəhbərlərindən sayılan Ayətullah Əli Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani 14 nəfərlik nümayəndə heyəti ilə birgə Gürcüstanda səfərdədir.

Səfərdən məqsəd Gürcüstandakı müsəlmanların vəziyyəti ilə yaxından tanış olmaq və Ayətullah Şəhristaninin dəstəyi hesabına Marneuli şəhərində “İmam Hüseyn (ə)” adına inşa olunan məscidin açılışında iştirak etməkdir.

Bu gün qonaqlar günün birinci yarısında Gürcüstan Müsəlmanları İdarəsinin rəsmi binasında oldular. Onları qarşılayan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müftiləri Hacı Beqlar Kamaşidze və Hacı Yasin Əliyev Gürcüstanda yaşayan müsəlmanlar və dini vəziyyət haqqında ətraflı məlumat verib Gürcüstan Müsəlmanları İdarəsinin amal, məqsəd, struktur və strategiya planı haqda geniş söhbət aparılıb.

Görüşdən məmnun qalan Ayətullah Şəhristani Gürcüstan Müsəlmanları İdarəsinə və ruhanilərinə müqəddəs işlərində uğurlar dilədi. İki qardaş məzhəbin bir idarədə işləməsini yüksək qiymətləndirərək Ayətullah Sistaninin İslam vəhdəti haqda fikirlərini dilə gətirdi. Onların vəhdət və səmimiyyət ənənəsini qoruyaraq qeyri ənənəvi təkfirçi əqidələrə qarşı birgə olmalarının vacibliyini qeyd etdi.

Günün ikinci yarısı isə Ayətullah Şəhristani və nümayəndə heyəti nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyində oldular. Qonaqları dini dövlət qurumunun rəhbəri Zaza Vaşakmadze və əməkdaşları ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri qarşıladı. DMDAnın sədri dini şəxsiyyətlərə ölkə müsəlmanlarının say, tərkib və vəziyyəti haqda, dövlətin müsəlmanlara diqqət və qayğısının və hətta maddi dəstəyinin artması haqda söz açaraq Gürcüstanın tolerantlıq sahəsində dünyaya örnək bir dövlət olduğunu söylədi. Qonaqlar səmimi görüşdən və xoş qarşılanmadan məmnun qaldıqlarını ifadə edərək Gürcüstan dövlətinə minntədarlıqlarını bildirdilər. Din və dövlət münasibətlərində qarşılıqlı sayqının olmasının və problemlərin danşıqlar yolu ilə həllinin vacibliyindən söz açaraq Gürcüstandakı dini idarə ilə əməkdaşlığa hazır olduqlarını bildirdilər.

Hər iki görüşün sonunda tərəflər bir-birilərinə  hədiyyələri təqdim edib xatirə fotoları çəkdirdilər.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2016  12:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!