|
• Dünyadaİslam bankçılığının qlobal həcmi 2,1 trln. dollara çatıbQlobal maliyyə sektorunun ümumi həcminin 127 trln. dollara çatdığı, bunun isə 2,1 trln. dollar və ya 1,7%-nin İslam maliyyələşməsinə aid olduğu bildirilir. Ahlibeyt.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, "Ernst & Young" audit-konsaltinq şirkətinin hesabatına istinadən verdiyi xəbərə görə, İslam maliyyələşməsində bankçılığın xüsusi çəkisi 80% təşkil edir. Qalan hissə isə faizsiz investisiya fondları, "Sukuk" kimi kapital bazarı alətləri və "Təkafül" adlanan faizsiz siğorta sektoru məhsullarının payına düşür. "Ernst & Young Turkey"in hazırladığı hesabata əsasən, Türkiyədə İslam banklarında toplanan maliyyə vəsaitlərinin ümumi həcmi 2015- ci ildə 14% artaraq 74,4 mlrd. lirə (25 mlrd. dollar) təşkil edib. Bu bankların məcmu aktivləri isə 15% artaraq 120,3 mlrd. lirəyə (40 mlrd. dollar) çatıb. Nəticədə, İslam banklarının cəlb etdiyi vəsaitlərin məcmu bank sektorunda xüsusi çəkisi 2015-ci il yekununda 5,9%, öhdəlikləri 5,2%, aktivləri isə 5,1% olub. Proqnozlara əsasən, 206-cı ilin sonunda İslam bankçılığının 100 mln. müştəriyə xidmət etməsi ehtimal edilir. Türkiyənin aid olduğu bölgənin İslam bankçılığı xidmətlərindən istifadə potensialının isə 6 dəfə çox olduğu bildirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2016 19:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |