|
|
Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs 8 yaşlı uşağı girov götürübMayın 10-da Sabunçu rayonundakı yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Aparılmış araşdırmalarla özünü İŞİD üzvü kimi təqdim etmiş şəxsin E. Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyü, azad edilməsi müqabilində 30 000 manat pul istədiyi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını dediyi müəyyənləşib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2016 15:32 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |