إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Saxta fətvalar radikalların cinayətlərini qanuniləşdirir

Saxta fətvalar ifratçılar və təkfirçilərin İslam dünyasında törətdikləri cinayətlərinə dini don geydirir, halbuki bu fətvalar İslami mətnlərə əsaslanmayıb.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlmatına görə,bunu Türkiyə Dini İşlər naziri Mehmet Görmez Livanın şimalı və Trablos şəhərinin müftisi Malik Şiarla görüşü zamanı bildirib.

Regionun və İslam dünyasında baş verən hadisələri müzakirə edərkən Mehmet Görməz qeyd edib ki, saxta fətvalar radikallar, ifratçılar və təkfirçilərin İslam dünyasında törətdikləri cinayətlərinə dini don geydirir, halbuki bu fətvalar İslami mətnlərə əsaslanmayıb.

Türkiyə Dini İşlər naziri  görüş zamanı son illərdə İslami ölkələrdə baş verən arzuolunmaz və xoşagəlməz hadisə və cərəyanlara işarə edərək bildirib:

"Bu hadisələrin İslam dünyasında baş verməsinin bəzi daxili və xarici səbəbləri vardır. Müasir dövrdə bütün dini təşkilatlar və qrumlar bu səbəblərin aradan götürlməsi üçün ağır məsuliyyət daşıyırlar.

İslam dünyasında baş verən bu hadisələrin daxili səbəblərindən biri radikal cərəyanların din adına sui-istifadə etməsidir. Onlar saxta dini fətvalar ilə öz cinayətlərinə dini don geyindirir və dini baxımdan qanuniləşdirirlər. Buna görə də cəmiyyətdə nifrət və zorakılığın çoxalmasına və terrorizmin genişlənməsinə səbəb olurlar. Halbuki bu fətvaların heç bir dini əsası və İslami mətnlərə söykənəcəyi yoxdur.

İslam dünyasında baş verən cinayətlərin xarici amil kimi İraq və Əfqanıstanın işğalını göstərmək olar. Əgər bu iki ölkə işğal olunmasaydı, bu gün İŞİD, əl-Qaidə və Taliban kimi terrorist qruplaşmalara meydan açılmazdı."

Memet Görməz sönünün davamında Fələstin böhranına da işarə edərək vurğulayıb:

"Təəssüflər olsun ki, hər gün gözümüz önündə Əqsa məscidinə qəsəbə sakinləri olan yəhudilər tərəfindən hücumlar edilir, biz isə sadəcə tamaşaçıyıq. İslam dünyası bu gün öz baxış bucağını və rəftarlarını yenidən tənqidi gözdən keçirməlidir."

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2016  12:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!