إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Britaniya küçələrində “Sübhan Allah” avtobusları

“The İndependent” qəzetində jurnalist Nişat İsmail yazır ki, “əgər siz “Allah böyükdür” avtobuslarının problem olduğunu hesab edirsinizsə, deməli belə avtobuslara doğrudan da ehtiyac var”.

Ahlibeyt.az-;n Azadlıq.info-ya istinadla xəbər verir ki, məqalədə deyilir ki, hazırkı düşmənçilik və qorxu atmosferində bir çoxları üçün “Allahu əkbər” nidasi indicə baş verəcək terrorun elanıdır, lakin əslində bu ərəbcə “Allah böyükdür” deməkdir və müsəlmanların əksiəriyyətinə əsl İslama uyğun olaraq sülh içində yaşamağın vacibliyini xatırladır.

Qəzet yazır ki, Islamic Relief (İslami ixlas) xeyriyyə təşkilatının təşəbbüsü ilə Londonun ikimərtəbəli qırmızı avtobuslarının gövdəsinə yapışdırılmış “Sübhan Allah” reklamı İslam dini ətrafında yaranmış “neqativ ab-havanın dağılmasına” kömək edəcək.

Islamic Relief dünyanın ən böyük müsəlman xeyriyyələrindən biri olmaqla yanaşı, həm də geniş dəstəyə malikdir, habelə müsəlman icmasından kənarda da xeyirxah əməlləri ilə tanınır.

Müəllif bu reklamların avtobuslardan yığışdırılmasını tələb edənləri başa düşmədiyini yazır.

Eyni mövzuda yazan Evenening Standard qəzetində dərc olunmuş məqalədə deyilir ki, “Sübhan Allah” şüarları yalnız Londonda deyil, həm də İngiltərənin Birmingham, Manchester, Leicester və Bradford şəhərlərindəki avtobusları bəzəyəcək.

Xeyriyyə rəhbərləri ümid edirlər ki, iyunun 6-da Ramazan ayı ilə eyni gündə başlanan aksiya ictimaiyyətdən səxavətli ianələri cəlb edəcək.

Təşkilatçılar habelə inanırlar ki, bu təşəbbüs müsəlmanlarda xeyriyyə və humanitar işlərə marağı artıracaq.

1984-cü ildə Britaniyada yaradılmış Islamic Relief təşkilatının London direktoru Imran Madden inanır ki, aksiya ölkədə müsəlman icmasının ətrafında yaranmış mənfi əhval-ruhiyyəni yüngülləşdirəcək.

Direktor bunu da əlavə edib ki, təşkilat son 15 ildə bir çox insanları yoxsulluq girdabından çıxarıb və Ramazan aylarında beynəlxalq humanitar yardım üçün ildə 100 milyon funt sterlinqdən çox ianə cəlb edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2016  16:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!