إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İstanbulda "Gürcüstanda İslanın dünəni, bu günü və sabahı" mövzusunda simpozium keçirilib

Fatih Sultan Mehmet Vakıf Universiteti, İslami Elmlər Fakültəsi və Gürcüstan Dostluq Dərnəyi tərəfindən təşkil edilən "Gürcüstanda İslamın dünəni, bu günü və sabahı" simfoziumu  6 may 2016-cı il tarixindən başlayaraq 3 gün davam edib.

Ahlibeyt.az-a Gürcüstan müsəlmanları idarəsindən verilən məlumata görə, İstanbulda təşkil olunan beynəlxalq simfozimda  Gürcüstan, Azərbaycan, İran  və Türkiyədən 40 nəfər tanınmış din və elm adamları çıxış edərək Gürcüstanda İslamın keçmişi və bu günkü durumu haqda tarixi, siyasi, və ictimai baxımdan dəyərləndirdilər. Problemlər və həll yolları haqda irad və təkliflərini dilə gəirdilər.

Simfozimda iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müftisi Hacı Yasin Əliyev Gürcüstanda İslamın vəziyyəti haqda keçmişdən bu günə keçirdiyi fərqli (qadağa və keçid) dövrlərə toxunub  BGMİnin fəaliyytəti və strateji planı haqda iştirakçıları məlumatlarndırdılar.  Ölkədə sağlam  İslamın inkişafı, dini sabitliyin qorunması, tolerantlığın güclənməsi sahəsində dövlətə təkliflər verdilər. Çıxışının sonunda Hacı Ramin qeyd etdi ki, "bu gün dünyada İslam dini durumu haqda  fərqli problemlərin olduğu  kimi ölkəmizdə müəyyən problemləri  inkar edə bilmərik. Ancaq biz inanırıq ki, sayqılı halda və məntiqə əsaslanaraq istəklərimizi dövlətin aidiyyatı qumlarına yetiəriksə məsələlər danışıq yolu ilə  öz həlini tapar. Çünki dövlətin vətəndaşları dövlətin balalarıdı. Buna görə də daxili problemlərinin  həllinə öz ölkələrində çalışmalıdırlar".

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2016  11:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!