إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Gunahın təsirləri

Din alimləri ayə və rəvayətlərə əsaslanaraq günahları iki qismə bölmüşlər: böyük ("kəbirə”) və kiçik ("səğirə”) günahlar. İmam Sadiq (ə) buyurmuşdur ki: "Müqabilində Cəhənnəm əzabı vəd edilmiş günahlar böyük günahlardır.”  Böyük günahdan çəkinən insanların kiçik günahları bağışlanasıdır. "Nisa” surəsinin 31-ci ayəsində buyurulur: "Əgər qadağa olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlardan təmizlənərsiniz...”

İmam Riza (ə) böyük günahları bu ardıcıllıqla sadalayır: günahsız insanı qətlə yetirmək, zina – qanunsuz cinsi əlaqə oğurluq, məst edən maddələrin qəbulu, ata-anaın üzünə ağ olmaq, döyüşdən qaçmaq, yetimin malını zorla yemək, şəri qaydada kəsilməmiş və haram ət yemək, sələm, haram maldan istifadə qumar, ölçüdə və çəkidə əksiklik, pak insana böhtan, həmcinsbazlıq – ləvat, Allahın rəhmətindən ümidsizlik, özünü Allah əzabından amanda bilmək, zalıma kömək, zalıma məhəbbət, yalan and, haqqı qəsdən yubatmaq, yalan, təkəbbür, israf, tələf etmə xəyanət, həcci yüngül saymaq, Allah dostları ilə vuruş, puç işlərlə əylənmə günahın təkrarı...

Günahın təsirləri

Ayə və rəvayətlərdə günahın bir çox təsirləri bəyan olunmuşdur. Günah yaxşı əməli puça çıxarır, insanı dünya və axirət bəlalarına düçar edir. Günah duaların qəbuluna mane olur. Günahkar insan şəfaətçilərin şəfaətindən məhrum olur. Günah qəlbi bərkidir, qaraldır, imanı aradan aparır. Günahkarlara olunan nəsihət nəticəsiz qalır. Günah insanı rüsvay edir, onun ruzisini əksildir. Günah insanı ibadət və bəndəlikdən uzaqlaşdırır. Günah insanı şeytanla mübarizədə məğlubiyyətə düçar edir, ailə və cəmiyyətdə rabitələri qırır. Günah nəticəsində insanlar arasındakı etibar itir. Günahkar insan çətin can verir, onun qəbir əzabı ağır olur.

İmam Sadiq (ə) buyurur: "Əgər günah olmasa heç bir damar kəsilməz, heç bir ayağa daş dəyməz, qarşıya heç bir çətinlik çıxmaz, heç bir xəstəlik baş verməz. Ona görə Allah-Taala öz kitabında buyurur: "Düşdüyünüz müsibətlərin səbəbi yol verdiyiniz günahlardır və Allah çox günahlarınızı bağışlayır.”

İmam Riza (ə) buyurur: "Allah-Taala öz peyğəmbərlərindən birinə belə vəhy etdi: "Mənə itaət olunsa razı qalaram. Razı qalsam, bərəkətimi göndərərəm və mənim bərəkətim sonsuzdur. Mənə itaətsizlik göstərilsə qəzəblənərəm. Qəzəblənsəm, lənət edərəm və lənətim yeddi qatdan keçər.”

Qiyamətə günahın nəticəsinə diqqətli insan diri, günaha batmağın ağrılı nəticələrindən çəkinməyən insan isə ölüdür!

 

"Kumeyl duasının şərhi"(Hüseyn Ənsarian)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2016  14:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!