إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD Məkkəyə hücum etdi: ölənlər var

Ciddə şəhərində də İŞİD terrorçularına qarşı əməliyyat keçirilib.

İŞİD terrorçuqruplaşması növbəti dəfə qanlı əməlləri ilə gündəmə gəlib. Yarandığı gündən “baş kəsənlər” kimi tanınan, özlərini “İslam dövləti” adlandıran İŞİD terror qruplaşması bu dəfə müsəlmanların müqəddəs məkanı Səudiyyə Ərəbistanının Məkkə şəhərinə hücum edib.

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin sözcüsü general-mayor Mənsur əl-Turki bildirib ki, terrorçularla işbirliyində şübhəli bilinən şəxslərə qarşı Məkkə ərazisində əməliyyat başlanılıb.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri terrorçuların toplaşdığı evlərdən birini mühasirəyə alıb. Daha sonra təhlükəsizlik qüvvələrinə atəş açılıb, nəticədə terrorçuları zərərsizləşdirmək üçün xüsusi təyinatlı polis qüvvələri evə daxil olub.

Turki bildirib ki, əməliyyat nəticəsində 2 terrorçu öldürülüb, digər iki nəfər isə üzərilərindəki bombanı partladaraq intihar edib.

Təhlükəsizlik qüvvələri Məkkə ərazisində İŞİD qarşı əməliyyat aparakən
Təhlükəsizlik qüvvələri Məkkə ərazisində İŞİD qarşı əməliyyat aparakən

Əməliyyatın qısa müddətə başa çatdığını qeyd edən Turki hadisə zamanı təhlükəsizlik qüvvələrindən və vətəndaşlardan ölən və yaralananın olmadığını deyib.

Bundan başqa, Ciddə şəhərində də İŞİD terrorçularına qarşı əməliyyat keçirilib və 2 nəfər saxlanılıb.

Qeyd edək ki, İslam dinində müqəddəs Məkkə və Mədinə şəhərləri haram bölgələr sayılır. Belə ki, bu şəhərlərdə ağac, ot və hər hansı bir bitkiyə ziyan vermək, kiçik həşəratlar da daxil canlı heyvan öldürmək və hücuma məruz qalmadıqca döyüşmək haram buyurulub. Müqəddəs Qurani-Kərimdə də Məkkə şəhəri barədə kifayət qədər ayələr var.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2016  12:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!