إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda "Məbəs" bayramı münasubəti ilə tədbir keçirilib

Gürcüstan Müsəlmanları idarəsinin təşkilatçılığı ilə  Dmanisi rayonunda yerləşən "Tədris mərkəzində" yerli müsəlmanların iştirakı ilə keçirilən bayram tədbirində GMİnin şeyxi Hacı Ramin İgidov, yerli idarəetmə orqanlarının rəhbər və əməkdaşları, din, elm və ictimayyət nümayəndələri iştirak edib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,  tədbirin aparıcısı Dmanisi rayonun baş axundu  Azər Əliyev məclisi Qurani-Kərimin tilavəti ilə başlaması üçün Kərbəlayi Rza Cəfərini dəvət edib.

Sonra Gürcüstan  Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını salamlayıb təbrik etdikdən sonra İslam Peyğəmbəri Hz. Məhəmmədin (s) Qurani-Kərimdə qeyd olunan fəzilətləri və Peyğəmbərlik missiyası və risalətin məqsədləri haqda geniş məlumat verdi.

Bayram süfrəsi ətrafında keçirilən tədbirdə Dmanisi rayonunun imamı Hacı Almaz, Dmanisi rayon icra hakimi Qoqita Barbakadze və  müavini Arif Süleymanov və digər şəxslər tədbir iştirakçılarını təbrik edib Allahın son Peyğəmbəri və məxluqatın ən şərəflisi  Hz. Məhəmməd Peyğəmbər (s) haqda fikirlərini və ürək sözlərini bölüşdülər.

Bayram əhval ruhiyyəsi ilə keçirilən mərasimdə Ramin Haqsözün ifasında dini ilahilər səsləndirildi və bayram tədbiri İmam Zaman duasının oxunması ilə sona çatdı.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 May, 2016  11:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!