|
• Mənəviyyat • Rəcəb ayıBu gecə mübarək Məbəs gecəsi daxil olurBu il mayın 5-i Rəcəb ayının 27-sinə təsadüf edir.
Bu gecə Rəcəb ayının 26-dan 27-ə keçən gecədir. Bu gecəyə Besət (Məbəs)gecəsi deyilir. Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir.
Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir.
27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.
“Məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Allah Mütəalın insanlar içindən seçdiyi İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı. Həmin dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla üzləşmələrinə səbəb olmuşdu.
Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Muhəmməd peyğəmbərin (s.a.a.) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi.
Məbəs gününün əməlləri
Məbəs bayramı ən böyük bayramlardan biridir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gündür. Bu günün bir neçə tövsiyə olunmuş əməlləri var. Və onları siz dəyərli oxucuların diqqətinə çatdırırıq:
1. Qüsl almaq.
2. Oruc tutmaq. Bu günün orucu ildə ən savablı dörd gündən biridir.
İmam Sadiqdən (ə) nəql olunur ki, kim Rəcəb ayının 27-ci günü oruc tutsa, Allah onun üçün 70 ilin orucunu yazar.
3. Çoxlu salavat göndərmək. İmam Sadiq (ə) bu günü oruc tutmaq və Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərməyi tövsiyə edib.
4. Rəsulullahı (s.a.a.) və Hz. Əli (ə) ziyarət etmək.
5. On iki rükət namaz (6 iki rikətlik namaz- hər iki rükətin sonunda salam verilir).
Hər iki rükətin sonunda verilən salamlardan sonra, "Həmd", "Fələq", "Nas" surələrini dörd dəfə, daha sonra isə dörd dəfə, لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ (La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim), sonra da اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً (Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a) və لا اُشْرِکُ بِرَبّى اَحَـداً (La uşriku bi Rəbbi əhəda) zikirlərinin hərəsini dörd dəfə oxumaq lazımdır.
6. Şeyx Tusi Hüseyn bin Ruhdan nəql edir ki, bu gündə on iki rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən birini oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən bir verdikdən sonra bu duanı oxunulur:
اَلْحَمْدُ للهِِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً، وَ لَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ، وَ لَمْ
Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm
یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَکَبِّرْهُ تَکْبیراً، یا عُدَّتى فى مُدَّتى، یا صاحِبى فى
yəkun ləhu vəliyyun minəz zull, və kəbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi
شِدَّتى، یا وَلیّى فى نِعْمَتى،یا غِیاثى فى رَغْبَتى،یا نَجاحى فى حاجَتى،
şiddəti, ya vəliyyi fi ni'məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti
یاحافِظى فى غَیْبَتى،یاکافِىَّ (کافِىَ) فى وَحْدَتى،یااُنْسى فى وَحْشَتى،
ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti,
اَنْتَ السّاتِرُ عَوْرَتى فَلَکَ الْحَمْدُ، وَ اَنْتَ الْمُقیلُ عَثْرَتى فَلَکَ الْحَمْدُ،
əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu
وَاَنْتَ الْمُنْعِشُ صَرْعَتى فَلَکَ الْحَمْدُ،صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد،وَاسْتُرْ
və əntəl mun'işu sər'əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur
عَوْرَتى، وَ آمِنْ رَوْعَتى، وَ اَقِلْنى عَثْرَتى، وَ اصْفَحْ عَنْ جُرْمى، وَتَجاوَزْ
əvrəti və amin rəv'əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz
عَنْ سَیِّئاتى فى اَصْحابِ الْجَنَّةِ، وَعْدَ الصِّدْقِ الَّذى کانُوا یُوعَدُونَ
ən səyyiati fi əshabil cənnəh, və'dəs sidqilləzi kanu yuədun.
Namaz və duanı qurtardıqdan sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, "La ilahə illəllahu vəllahu əkbəru və subhanəllahi və la həvlə və la quvvətə illa billah" zikrini yeddi dəfə, "Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a" zikrini yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2016 13:19 ⁄ Çap
Bu bölmədə1 Fevral, 2024 Mübarək Rəcəb ayında oruc tuta bilməyənlər nə etməlidir?...24 Yanvar, 2024 Bu axşam “Əyyamul-bəyz” gecələri daxil olur 17 Yanvar, 2024 Rəcəb ayının ilk cümə gecəsi - “Leylətul-Rəğaib-Arzular gecəsi”nin fəzilət və əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |