إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda İŞİD liderlərindən biri zərərsizləşdirildi

“Hacı İman” kod adı ilə tanınan əl Anbarinin öldürüldüyü rəsmən təsdiq edilib.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə,qondarma xəlifə Əbu Bəkr əl Bağdadidən sonra İŞİD terror qruplaşmasının lideri hesab edilən növbəti şəxs zərərsizləşdirilib. ANS PRESS-in məlumatına görə, qruplaşmanın lider heyətindən Əbu Əli əl Anbari İraqda öldürülüb.

“Russia Today”ın məlumatına görə, İŞİD terror qruplaşması Bağdadinin “sağ əli” olan və “Hacı İman” kod adı ilə tanınan əl Anbarinin öldürüldüyünü rəsmən təsdiq edib.

Bundan əvvəl İraq Xarici İşlər Nazirliyi ölkənin Şimal-Şərqində, Suriya ilə sərhəddə olan əl-Aş bölgəsində böyük bir İŞİD qərargahının vurulduğunu və əl-Anbari ilə birlikdə 14 terrorçunun məhv edildiyini elan etmişdi.

Qeyd edək ki, əl-Anbari, Əbu Bəkr əl-Bağdadinin əmri altında Əbu Əla əl Afri və Əbu Əla Qardaş ilə İŞİD-in lider heyətini təşkil edirdi.

Təxminən bir ay əvvəl isə İŞİD terrorçu qruplaşmasının əsas liderlərindən biri – çeçen əsilli Abu Umar aş-Şişaninin Suriyada ABŞ-ın aviazərbələri nəticəsində öldürüldüyü bildirilmişdi.

Ötən ilin oktyabrında isə İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin Suriya sərhədi yaxınlığında hava hücumu nəticəsində öldürüldüyü bildirilmişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2016  12:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!