إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bağdadda güclü partlayış törədilib, 14 nəfər ölüb

İraqın paytaxtı Bağdad şəhərinin şərqində Nahravan rayonunda törədilən terror aktı nəticəsində azı 14 nəfər həlak olub, 37 nəfər isə yaralanıb.

Ahlibeyt.az "Report"a istinadla xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 30-da səhər saatlarında Nahravan rayonunun yaşayış mətəqələrindən birində partlayıcı yerləşdirilmiş avtomobilin partlaması nəticəsində baş verib.

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

Hələlik terror aktının məsuliyyətini üzərinə götürən olmayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Aprel, 2016  13:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!