|
• DünyadaYunanıstanda "İsa ibn Məryəm Quran və İncildə" sərgisi keçirilir - FotoYunanıstanın paytaxtı Afinada Ərəb dilinin hüsnxətt gözəlliyi ilə tanışlıq yönündə "Həzrət İsa ibn Məryəm (ə) Quran və İncildə" adlı sərgi keçirilir. Ahlibeyt.az-ın İqna-yaistinadən məlumatına görə,bu günlər Yunanıstanın paytaxtı Afinada Ərəb dilinin hüsnxətt gözəlliyi ilə tanışlıq yönündə "Həzrət İsa ibn Məryəm (ə) Quran və İncildə" adlı sərgi keçirilir. Bu sərgi Misirin Yunandakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə təşkil olunub və Həzrət İsa Məsih (ə) barədə Quran və İncildən iqtibas olunmuş mətnlərin hüsnxətt nümunələrini ehtiva edir. Yunanıstanın paytaxtında keçirilməkdə olan bu sərgidə xaricdə yaşayan misirli uşaqlar üçün Ərəb dilinin hüsnxətt gözəlliyi və qədim Ərəb mədəniyyəti ilə tanışlıq yönündə qısa təlim kursları da təşkil edilmişdir. Bu sərgidə vitrinə düzülmüş əsərlər misirli incəsənət xadimi və hünsxətt ustadı Səlah Əbdül-Xaliqə məxsusdur. O, misirli xəttatlar birliyinin üzvü və "Ərəb Hüsnxətt Diplomu"na sahibdir. Ərəb dilinin hüsnxətt gözəlliyi və qədim Ərəb mədəniyyəti ilə tanışlıq yönündə qısa təlim kurslarında isə Misirin Afinadakı mədəniyyət mərkəzinin müdiri Hüseyn Mər`a tərəfindən idarə edilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Aprel, 2016 11:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |