|
• Mənəviyyat • HəccSəudiyyə Ərəbistanı Həcc ziyarətinə gələn zəvvarların sayını 30 milyona çatdırmaq istəyirProqram çərçivəsində ölkədə İslam Mədəniyyəti Muzeyinin yaradılması da nəzərdə tutulub 2030-cu ildə Həcc ziyarətinə gələn zəvvarların sayının 30 milyona çatdırılması nəzərdə tutulub. Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının ölkədə neftdən asılılığı azaltmaq məqsədilə növbəti 15 il üçün hazırladığı sosial və iqtisadi yönümlü innovasiya proqramında bu məsələ də yer alıb. Belə ki, son 10 ildə Həcc ziyarəti üçün ölkəyə gələnlərin sayı üç qat artaraq 8 milyona çatıb. 2020-ci ildə isə bu rəqəmin 15 milyona, 2030-cu ildə isə 30 milyona çatacağı proqnozlaşdırılır. Bu məqsədlə ziyarətçilər üçün viza rejiminin sadələşdiriləcəyi, qalacağı yerlərin və xəstəxanaların tutumunun artırılacağı, nəqliyyat sistemi şəbəkəsinin gücləndiriləcəyi bildirilir. Proqram çərçivəsində ölkədə İslam Mədəniyyəti Muzeyinin yaradılması da nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2016 12:46 ⁄ Çap
Bu bölmədə22 İyun, 2022 Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Ciddə və Mədinədəki aeroportlarda türk dilində məlumat ala biləcəklər |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |