|
|
MN: Səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludurAzərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audioyazıya münasibət bildirib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Azertac-a açıqlamasında deyib ki, ermənilərin guya bizim itki verməyimizlə bağlı yaydığı telefon danışıqlarından ibarət səs yazısı saxtadır. “Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir ki, dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmənin yaydığı məlumatlar kökündən yalandır”-deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi bildirib. Vaqif Dərgahlı qeyd edib ki, hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir. Xatırladaq ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin guya itki verməsi barədə telefon danışıqlarından ibarət səs yazısı yayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016 13:46 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |