|
• DünyadaKərkükün əl-Bəşir bölgəsinin terrorçulardan təmizlənməsinə az qaldıİraqın könüllü xalq dəstələrindən ibarət "Həşd-Şəbi" ordu birşəşməsindən Kərkükün təmizlənməsinə hazır olduqlarını bildiriblər. Ahlibeyt.az-ın islamazer.az-a istinadən məlumatına görə, "Həşd-Şabi"nin yaydığı bəyanatda Kərkükün cənubunda yerləşən əl-Bəşir bölgəsinin terrorçulardan təmizlənməsi üçün hərəkatın 1500 üzvünün hazır vəziyyətə gətirildiyi bildirilib.
“Biz 3 mövqedən bölgənin təmizlənməsi üçün hücuma başlamışıq. Hazırda 2 təpəni ələ keçimişik. Hazırda əl-Bəşir bölgəsini tam mühasirəyə almışıq. Qələbə yaxındır.”, - deyə bəyanatda bildirilir.
İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Hüseyni Sistani tərəfindən verilən cihad fətvasından sonra 2014-ün 14 iyununda könüllü iraqlılardan ibarət "Həşd-Şabi" ordusu yaradılıb. İraq ordusunun nəzdində yaradılan "Həşd-Şabi" İraq Xalq Səfərbəlik Qüvvələri olaraq da adlandırılırıb.
Həşd-Şabi"nin tərkibinə 40-a yaxın qrup daxil oldu. Bu könüllü qruplardan bəziləri bunlardır: "Mehdi Ordusu", "Kətaib-Hizbullah", "Kətaib Seyid əş-Şühəda", "Kətaib İmam Əli", "Əshaib Əhləl-Haqq" və "Bədr" təşkilatı. "Həşd-Şabi" ordusuna əsas nəzarəti İraq "Hizbullah"ı kimi tanınan "Kətaib-Hizbullah" qüvvələrinin komandiri Əbu Mehdi əl-Mühəndis ləqəbli Camal Cəfər Məhəmməd edir.
Ayətullah Sistani iyun ayının əvvəllərində yay tətilinə çıxan şagird və tələbələrə hərbi təlimlərə qatılmaları üçün tövsiyə xarakterli çağırış etmişdi. Həmin çağırışdan sonra minlərlə iraqlı şagird və tələbə hərbi düşərgələrə üz tutmuşdu. Bu çağırışında sonra da onlarla könüllü qrup hərbi təlimlərdən sonra "Həşd-Şabi"yə qatılmışdı.
Qeyd edək ki, Səudiyyə və digər körfəz ölkələri "Həşd Şabi"ni "şiə ordusu" kimi təqdim etmələrinə baxmayaraq bu ordunun 17 min könüllü sünni əsgəri də var.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Aprel, 2016 11:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |