|
• DünyadaYaponiyanın ilk çap nüsxəsi olan Quran Tatarıstana hədiyyə edildiYaponiyada ilk dəfə çap edilən Quran nüsxəsi Tatarıstanın paytaxı Kazanın İslami Mədəniyyət Muzeyinə hədiyyə edildi. Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Yaponiyada ilk dəfə çap edilən Quran nüsxəsi Tatarıstanın Elmlər Akademiyasının ustadı Murad Gibatinovun səyləri və danışıqları nəticəsində Tatarıstanın paytaxı Kazanın İslami Mədəniyyət Muzeyinə hədiyyə edildi. Tatarıstanın Elmlər Akademiyasının ustadı Murad Gibatinov deyir: 1934-cü ildə Tokyoda yaşayan tatarlar tərəfindən 500 nüsxə Quran-Kərim çap və nəşr edildi ki, bunun tatarlar üçün çox böyük əhəmiyyəti vardır. O zaman Yaponiyaya sürgün edilmiş Qurban Quliyev (1892 – 1972) Tokyoda "İslami Kitablar Çapxanası" təsis edir və Yaponiyada ilk dəfə olaraq Quran-Kərimi çap və nəşr edir. Həmin zaman Tokyoda çap olunan Quran nüsxələri Misr, Əfqanıstan və İraqa da göndərilir. Hazırda Kazana gətirilən ilk çap nüsxəsi isə vaxtilə Yapon imperatoruna İslamın sülh mesajını çatdırmaq üçün hədiyyə edilmişdi. Bu Quranın cildi dəridəndir, haşiyələri qızıl ilə işlənilmişdir. Təmirdən sonra isə Tatarıstanın paytaxı Kazanın İslami Mədəniyyət Muzeyində sərgiyə qoyulacaqdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2016 19:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |