إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əmr be məruf və nəhy əz münkərin savabı gecə namazının savabından artıqdır

Bu gün İslam Koalisiya partiyasının üzvləri və bir qrup tələbələr Məhərrəm ayının yaxınlaşması münasibətilə Ayətullahul-Üzma Şeyx Safi Gülpəyqani ilə görüşüblər.

Görüşdə Ayətullah Safi Gülpəyqani "əmr be məruf və nəhy əz münkər" barədə danışıb. O deyib ki, hamının böyük münkərin yəni Yezidin(l) zamanında sükut etdiyi zaman İmam Hüseyn(ə) qiyam edərək ona beyətdən imtina edib.

Münkərə etiraz edilməyən cəmiyyətin ölüdən fərqlənmədiyini bildirən mərcei-təqlid bildirib ki, harada olursa-olsun ədalətsizlik, qanunsuzluq və zülm hakimdirsə, orada sükut edilməməlidir.

Bəzilərinin Məhərrəm və Səfər aylarını bir məktəb adlandırdıqlarına toxunan alim deyib ki, Məhərrəm və Səfər məktəbdən daha artıqdır. Çünki Məhərrəm və Səfər bütün millətlərə və bütün dünyaya aid özünəməxsus dərs vermək iqtidarındadır.

Bütün bəşərin səadətini əmr be məruf və nəhy əz münkərdə görən mərcei-təqlid camaatın daim münkərin qarşısında dayanmasını və əl çəkməməsini tapşıraraq deyib ki, bunu edənlər savab qazanmaqdan əlavə cəmiyyətə də böyük xeyir verirlər. Və cəmiyyət üzvlərinin əmr be məruf və nəhy əz münkərdən yayınmasının fəsadları barədə çoxlu rəvayətlərimiz vardır ki, buyrulur ki, bunu etməyənlər Qiyamət günü cəzalandırılacaqlar.

Aşuranın verdiyi dərslərdən birinin günah və fəsadın qarşısında sükut etməmək olduğunu diqqətə çatdıran Ayətullah Safi Gülpəyqani deyib ki, harada bunu müşahidə ediriksə, gərək səhnəyə varid olaq və təzəkkür edək. Və insanın cəmiyyətdə mövqeyi yüksək olduqca əmr be məruf və nəhy əz münkər etmək məsuliyyəti daha da artır.

Mərcei-təqlid əmr be məruf və nəhy əz münkərin əhəmiyyətinin çox yüksək olduğunu bildirərək deyib ki, bu əməlin savabı gecə namazının savabından daha artıqdır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2011  22:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!