إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanın Dövlət Agentliyi Həzrət Əli(ə)ın təvəllüdü münasibəti ilə ölkə müsəlmanlarına təbrik ünvanlayıb

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi Həzrət Əli(ə)ın təvəllüdü münasibəti ilə ölkə müsəlmanlarına təbrik ünvanlayıb

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Gürcüstan Müsəlmanları İdarəsindən məlumat verilir.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze İslam dünyasının sevimli şəxsiyyəti, müsəlmanların rəhbəri və xəlifəsi  İmam Əli ibn Əbu Talibin təvəllüdü münasibəti ilə ölkə müsəlmanlarını təbrik edərək xoş arzularını çatdırıb.

Öz növbəsində Gürcüstan Müsəlmanları İdarəsi diqqət, təbrik və xoş sözlərinə görə Dini Məsələlər üzrə Dövlət Agentliyinə təşəkkür və minnətdarlığımızı bildirək, işlərində uğurlar, ölkəyə isə sülh, əmin amanlıq, bolluq və firavanlıq arzulayıb.

Qeyd edək ki, Agentlik yaranan gündən müsəlmanların dini bayramlarında iştirak edir, BGMİyə  təbrik məktubu göndərir, rəsmi saytlarında xoş arzularını bildirir. Bir müddət əvvəl agentlik Hz. Fatimeyi Zəhranın (s.ə) da təvəllüdü münasibətilə təbrik ünvanlamışdır.

Artıq iki ildir ki, bu qrumun təşəbbüsü ilə hazırlanan dövlətin dini təqvimində müsəlmanları dini bayramları, Peyğəmbər (s) və imamların doğum günləri də qeyd olunmuşdur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2016  12:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!