|
• DünyadaHindistanlı milliyətçi siyasətçi İslam dinini seçdiƏvvəllər İslama qarşı düşmən olan hinduizmin Caynizm qolundan olan milliyətçi - siyasətçi islam dinini qəbul edib. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, əvvəllər Hindistandan islam dininin kökünün kəsilməsinə səsləyən, milliyətçi ifrat-sağçı “Şiv Sena” siyasi partiyasının Muzaffarnaqar dairəsindəki lideri Suşil Kumar Cain, öz əvvəlki baxış və Caynizm dinindən imtina edərək İslam dinini qəbul edib. O bunu “daxili hormoniyaya nail olmaq üçün” etdiyini deyib. İslam dinini qəbul etdikdən sonra, siyasətçi adını Muhəmməd Əbdul Səmədə dəyişib. “Mən bunu heç bir kənar təsir olmadan, dərk edərək və öz iradəmlə etmişəm.”, – deyə Muhəmməd Əbdul Səməd bildirib. Qeyd edək ki, keçmiş siyasətçi, islam dinini qəbul etdiyini Hinduizmin bir qolu olan - Caynizm dininin banisi Maxavir Cayəntinin doğum günündə elan edib. Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmayıb. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar, Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır. Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2016 13:27 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |