إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Paris universitetində "Hicab Günü" təcrübəsi

Paris universitetinin Siyasi Elmlər fakültəsinin tələbələri dünən, öz qeyri-müsəlman tələbə dostlarına müraciət ünvanlayaraq bir gün "Hicab"lı olmağı təcrübə etməyi təklif ediblər

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Paris universitetinin Siyasi Elmlər fakültəsinin tələbələri dünən, dini təsəttür və örtüyə olan mənfi münasibəti zehnlərdən silmək üçü öz müsəlman və qeyri-müsəlman tələbə dostlarından istədilər ki, bir gün "hicab"lı olmağı təcrübə etsinlər.

Bu layihə "Hicabla bir gün" adı ilə icra edildi və öz növündə irqçi Fransa cəmiyyətində ilk dəfə icra edilən bir proqram idi.

"Hicabla bir gün" layihəsinin əsas hədəfi insanlara bəzi dini məsələlər barədə dəqiq məlumat vermək və İslamı tanıtdırmaq və insanların dini məlumatlarını yüksəltmək idi. Çünki dini məlumatları olmayan insanlar Fransanın baş naziri Manuel Valsın hicab qadağası ilə bağlı kəskin sözlərindən tez təsirlərnir və dini məsələlərə qarşı onlarda ikrah hissi oyanır.

Qeyd edək ki, Fransanın baş naziri son çıxışları zamanı müsəlman qadınlara universitetit və ictimai yerlərdə hicabın qadağan edilməsini məsələsini irəli sürmüşdü və iddia etmişdi ki, bu ölkənin vətəndaşlarının əqidəsi İslamla uyğun gəlmir və bu da narahatçılıqlar yaradır.

Onun sözlərinə reaksiya olaraq bəzi anti-irqçilik əqidəli tələbələr həm sosial şəbəklərdə və həm də universitetlərdə "Hicabla bir gün" layihəsini icra ediblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2016  13:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!