إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Boko Haram” terrorçuları Nigeriyada bir kəndi tamamilə yandırıblar

“Boko Haram” terror qruplaşmasının üzvləri Nigeriyanın şimal-şərqində yerləşən bir kəndə atlarla hücum edərək, oranı tamamilə yandırıblar. Nəticədə 11 nəfər ölüb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə bu barədə "France Presse” agentliyi  məlumat yayıb.

Hadisə Damaturu şəhərindən 150 kilometr məsafədə yerləşən Zanqo kəndində baş verib.

“Terrorçular gecə hücuma keçiblər və kənddə atəş açmağa başlayıblar. Bu, yerli sakinlərin cəngəlliyə qaçmalarına səbəb olub.

Terrorçular evləri, bütün kəndi yandırıblar.”, - agentlik hərbçilərə yerli yardım xidmətinin nümayəndəsi Aysami Mammananın sözlərindən sitat gətirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2016  09:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!