|
• Mənəviyyat • HəccKəbə ətrafındakı yenidənqurmada 1400 mühəndis işləyir - VideoMüqəddəs Kəbə evini təvaf üçün nəzərdə tutulmuş müvəqqəti körpülərin sökülməsinə başlanılıb. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, "Məscidül-Həram"ın genişləndirilməsinə texniki nəzarət komitəsinin sədri Feysəl Vəfa artıq müvəqqəti körpülərə ehtiyac olmadığını söyləyib. Belə ki, onun sözlərinə əsasən, hazırda 1400 mühəndis zəvvarların təhlükəsiz və rahat təvaf etmələri üçün var-qüvvəsi ilə işləyir. Yeni körpü-meydançalar hazır olduqdan sonra oradan saatda 105 min hacı keçə biləcək. Bu sistem özündə, həmçinin havanın tənzimlənməsi, ventilyasiyası, işıqlandırma, səs təminatı, saat və video nəzarətini ehtiva edir. Yuxarı və aşağı körpü-meydançalar arasında eskalator işləyəcək. Komitə sədri onu da əlavə edib ki, bütün bunlar Kəbə ətrafında görüləcək böyük işlərin yalnız kiçik hissəsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Aprel, 2016 12:59 ⁄ Çap
Bu bölmədə5 İyun, 2025 “Ərəfə” duası (Tərcümə və transkripsiya) |
Xəbər lenti
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |