إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Boko Haram” terrorçuları oğurladıqları məktəbli qızların yer aldığı video yayıblar

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması iki il əvvəl Çibok şəhərində oğurlanmış qızlardan bəzisinin hələ sağ olmasına qismən sübut olan video yayıb.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Nigeriya hökumətinə göndərilən videoçarxda qara geyimli 15 qız nümayiş etdirilir. Onlar özlərinin məktəbdən oğurlanmış qızlar olduqlarını söyləyirlər. Hətta qızlardan bəzisi valideynləri tərəfindən tanınıb.

Qeyd edək ki, bu, "Boko Haram" tərəfindən oğurlanmış qızların 2014-cü ilin mayından etibarən ilk videoçəkilişidir.

2014-cü il aprelin 14-də Nigeriyanın Borno ştatında oğurlanan 276 qızdan bəziləri əsirlikdən qaçmağa müvəffəq olub, lakin 200-dən çox qız hələ də itkin düşmüş hesab edilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2016  15:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!