|
• DünyadaAzərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edirİstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısı başlayıb İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısında 10 ölkə başçısı iştirak edir - Sammitə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb Ahlibeyt.az-ın "Report"a istinadən xəbər verir ki, hazırda Türkiyə Prezidenti sammit iştirakçılarını qarşılayır. Qarşılanma təxminən saatyarım çəkəcək. Sammitin plenar iclası isə Qurani-Kərimin oxunması ilə açılacaq. Sammitin gedişində "Ədalət və sülh üçün birlik və həmrəylik" mövzusunda Fələstin məsələsi, Suriya, Yəmən, Liviya, Əfqanıstan, Somali, Mali, Cammu və Kəşmir, Bosniya-Herseqovinadakı vəziyyət, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü kontekstində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Sammitin yekununda İstanbul bəyannaməsinin imzalanacağı, eləcə də strukturun beynəlxalq arenada siyasi prioritetlərini müəyyən edəcək bir sıra qətnamələrin qəbul ediləcəyi gözlənilir. Sammitin ardından İƏT ölkələrin xarici işlər nazirlərinin və yüksək vəzifəli şəxslərin görüşü keçiriləcək və onlar yekun kommünikeni və İstanbul bəyannaməsini hazırlayacaq. Qeyd edək ki, sammitdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı "Təmas qrupu" qrupunun təsdiqlənəcəyi gözlənilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2016 13:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |