|
• DünyadaGürcüstanda Quran kursları üçün yeni dərsliklər nəşr edilibGürcüstan Müsəlmanları İdarəsinin Elmi-Dini Heyətinin qərarı ilə bu dildə də iritirajla Azərbaycan dilində üç dini dərs vəsaiti çap edilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) məlumat yayıb. Məlumatda bildirilir ki, “Quranın dili” adlanan 72 səhifəlik irihəcmli kitabda ərəb əlifbası, 30-cu cüz dərc olunub. “Dinimizi öyrənək” adlı rəngli irihəcmli kitab uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Bundan başqa “Din təlimi” adlanan 256 səhifəlik A4 formatda nəşr olunan kitab isə İslamın əqidə üsulları, dini-şəri hökmləri, İslam tarixi (14 məsumun həyatı) və İslam əxlaqından bəhs edir. Məscid, mədrəsə və digər ibadət məkanlarında gənc və yeniyetmələr səviyyəsində bir illik Quran kursu və din təlimi proqramı üçün tədris materialı kimi nəzərdə tutulan dərsliklər yaxında yüz nəfərdən çox axund və din xadimləri və xanım din müəllimələrinə şagirdlərinin sayına görə təqdim olunacaqdır. Quranı ərəbcədən üzündən sərbəst oxumağı bacaranlara isə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Qurani-kərim hədiyyə olunacaqdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2016 20:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |