|
• DünyadaİƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təmas qrupu yaradırİslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə təmas qrupu yaradır. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə,bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edərkən deyib. Təmas qrupunun yaradılması barədə qərar təşkilatın ekspertləri səviyyəsində qəbul edilib. M.Çavuşoğlu bildirib ki, İƏT bu münaqişənin nizamlanmasına öz töhfəsini verməlidir. Türkiyənin XİN rəhbəri təşkilata üzv ölkələri təmas qrupuna qoşulmağa çağırıb. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu yaxınlarda vəziyyətin gərginləşməsinə toxunan M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı davam etdikcə toqquşmalar baş verəcək: "Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2016 16:05 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |