|
• DünyadaMəmmədyarov: "Beynəlxalq ictimaiyyəti Ermənistandan işğalı dayandırmasını tələb etməyə çağırırıq"Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 13-cü zirvə toplantısına hazırlıq iclasında çıxışı edib Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,E.Məmmədyarov çıxışı zamanı bildirib: “2 aprel 2016-cı ildə Ermənistan atəşkəsi kobud surətdə pozaraq Azərbaycan ordusunun mövqelərini və təmas xətti boyunca mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə məruz qoymaqla destruktiv siyasətini bir daha ortaya qoymuş oldu. Bu təxribat əməlinə Azərbaycan ordusu tərəfindən əks-həmlə ilə adekvat cavab verilib və erməni silahlı qüvvələrinin hücumu dəf edilib.” E. Məmmədyarov vurğulayıb ki, ki, bu gün Ermənistan atəşkəs rejimini pozmaqda davam edir və diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla, dünyaya öz əsas niyyətini nümayiş etdirir: “Biz beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmağı, öz qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxartmağı və BMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirməyi tələb etməyə çağırırıq. Fürsətdən istifadə edib, İƏT baş katibinə və üzv dövlətlərə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdikləri dəstəyə, Ermənistanın təcavüzünü və Azərbaycan torpaqlarının işğal edilməsini qınadığına görə təşəkkürümü çatdırmaq istəyirəm. Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair təmas qrupunun yaradılması barədə bu konfransın qərarını təqdir etmək istərdim.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2016 15:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |