إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Quran”da adı keçən bitkilərin əkildiyi park istifadəyə veriləcək - FOTO

Dubay şəhər bələdiyyəsi “Quran”a adı keçən bitkilərin əkildiyi parkın yeni panorama videosunu yayımlayıb.

Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, Dubay şəhər bələdiyyəsi "Quran”aadı keçən bitkilərin əkildiyi parkın yeni panorama videosu yayımlayıb.

Əl-Xəvanic bölgəsində yerləşən bu park BƏƏ-də yaşıllıq və park salmada özünəməxsusluğu ilə fərqlənir.

Bu layihə çərçivəsində parkda 64 hektar ərazidə Quranda adı keçən 54 növ bitki əkilib. Bu park dolama yolları ilə müxtəlif hündürlükdə olan təpələrin ətrafından və üzərindən keçir. Parkda alaçıq, oturacaq, gül xalçaları salınıb.

Parka müqəddəs kitab "Quran”da təsvir olunan hadisələri insanlara çatdırmaq üçün ventilyasiyalı tunel inşa olunub. Bu tuneldə Quran möcüzələri səs və vidoe ilə insanlara çatdırılır.

Parkda qum parkı, uşaqların əyləncə parkı, amfiteatr, su hovuzları, idman üçün xüsusi zolaqlar, veloseped yolu, qum üzərində gəzmək üçün xüsusi zolaq və s. təlim və mədəniyyət ocaqları yerləşir.

Park insanlara Quran və onun möcüzələrini tanıtdırmaq məqsədilə tikilir. Parkda əncir, nar, zeytun, sarımsaq, soğan, buğda, arpa, qarpız, üzüm, banan, xiyar, nanə və Quranda adı keçən bəzi digər bitgilər əkilib.

Park 2014-cü ilin sentyabrında 7,3 milyon dollar vəsait xərcləməklə hazır olmalı idi.

بوستان قرآنی دبی در آستانه بهره‌برداری + فیلم


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2016  22:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!