|
Ayətullah Xameneyi və Nuri Həmədaninin ofislərindən: Azərbaycan İslam ölkəsidir və döyüşlərdə həlak olanlar - Şəhiddir...Son günlər nəinki tək azərbaycanlıların, həmçinin bütün dünyanın əsas nəzəri Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qüvvələri ilə bizim ordumuz arasında gedən qanlı döyüşlərdədir. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatlar nəticəsində bəzi əraziləri işğaldan azad edib, düşmən tərəfindən xeyli sayda itkilərin olduğu qeyd olunur. Ahlibeyt.az-ın məlumatına görə, İslam.az İranın ali dini lideri Ayətullah Xameneyinin və bir müddət əvvəl QMİ sədri Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycanda səfərdə olmuş Ayətullah Nuri Həmədəninin ofisi ilə telefon əlaqəsi saxlanılaraq cəbhə bölgəsində gedən qanlı döyüşlərlə bağlı,adı çəkilən mərcəələrin “İstiftaat” şöbəsindən cavab alınıb Ayətullah Xameneyinin ofisinin “İstiftaat” şöbəsindən bildirilib: “Peyğəmbərdən (s) də hədis var ki, bir insan “La ilahə illəllah, Muhəmmədən Rəsulullah” desə, artıq müsəlman sayılır. Əgər bir insan hətta namaz qılmaya, bu onu İslamdan çıxarmır, günahkardır sadəcə. Hazırda orada döyüşən əsgərlər Vətən uğrunda, Vətənin müdafiəsi uğrunda döyüşürlər, necə ki, biz vaxtılə İraqla vətənimizin müdafiəsi üçün döyüşürdük, əslində bu həm də İslamın müdafiəsi üçün idi. Azərbaycan İslam ölkəsidir və hər kəs ki, özünə müsəlman deyir, Allahı və Peyğəmbərini qəbul edirsə, müsəlmandır. Hazırda sizin ölkə ilə Ermənistan arasında gedən döyüşlərdə həlak olanlar şəhid sayılırlar. Əlbətə, əgər kimsə Vətənini müdafiə etmək istəməyə, döyüş meydanından qaça və vurula, şəhid sayılmaz”. Ayətullah Nuri Həmədaninin “Şəri suallar” şöbəsinin bəzilərinin guya “Azərbaycan İslam ölkəsi deyil və Vətən uğrunda canlarından keçən əsgərlərimiz də şəhid sayılmırlar” iradlarına verdiyi cavabı təqdim edirik: “Əlbəttə ki, bu, düz fikir deyil. Məgər, Azərbaycan İslam ölkəsi deyil ki?! Onun(azərbaycana İslamölkəsi deyil deyənin) dediyi qeyri-müsəlmana aiddir. Onlar təfriqə yaratmaq istəyirlər. Bəli, Azərbaycan İslam ölkəsidir və şəhid olan əsgərlər də şəhiddirlər. Ermənistan zərbə endirmək istəyir, onlar ki, zalıma qarşı dayanıblar, şəhiddirlər”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Aprel, 2016 21:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |