إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT xüsusi nümayəndəsi: İmam Hüseynin (ə) hərəmində sülh və dostluq hiss edirəm

BMT-nin baş katibinin xüsusi nümayəndəsi İraqa humanitar yardımın çatdırılması üzrə xüsusi nümayəndəsi İmam Hüseyn Hərəmini ziyarət edib.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,İraq xalqına kömək məqsədilə bu ölkəyə gəlmiş BMT-nin baş katibinin xüsusi nümayəndəsi bildirib ki, Kərbəlada İmam Hüseynin (ə) pak və müqəddəs hərəminə daxil olarkən sülh, dostluq və dərin təvazökarlıq hissləri keçirirəm.

Kərbəlada İmam Hüseynin (ə) adına olan tarixi muzeyə baxış keçirən Liz Qrand İmam Hüseyn (ə) hərəmini ziyarəti zamanı keçirdiyi hislər haqqında deyib: "Kərbəlada İmam Hüseyn (ə) pak hərəminə daxil olanda sülh,dostluq və dərin təvazökarlıq hissi yaşadım. Bütün dünyada paklığı və əhəmiyyətinə görə tanınan bu müqəddəs məkanı ziayərt etdiyim üçün fəxr edirəm”.

O, muzeyə baxış keçirərkən bildirib: Bu müqəddəs məkanın əhəmiyyəti bütün dünyaya məlumdur və bu məkanı ziyarət etmək mənim üçün böyük bir iftixardır.

Liz Qrand vurğulayıb ki, İraqlıların müxtəlif şəhərlərdən olan qaçqınları müqəddəs ziyarətgahların pənahına alması humanitar bir fəaliyyətdir və insansevərlik nümunəsidir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2016  15:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!