إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriya ordusu daha bir strateji əhəmiyyətli şəhərdə nəzarəti ələ keçirdi-VİDEO

Əl-Qaryateyn şəhərinin Suriya ordusunun nəzarətinə keçməsi strateji əhəmiyyətlidir və birbaşa Palmira cəbhəsi ilə əlaqədardır.


Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən verdiyi məlumata görə, bu barədə şəhərə hücumda könüllülərə rəhbərlik edən səhra komandiri  Butrus bəyan edib.

Qeyd edək ki, bazar günü Suriya ordusu könüllü bölmələrin dəstəyi ilə Əl-Qaryateyn şəhərində nəzarəti ələ keçirib. Şəhər  İŞİD terror təşkilatının Homsda əsas istinadgahlarından biri olub.

"Əl-Qaryateyn ilk nbvbədə yerləşdiyi coğrafi əraziyə görə strateji əhəmiyyətlidir. Yaşayış məntəqəsi Dəməşq-Palmira yolunun üstündədir və Palmiranın 120 km-dir.

Ordunun  Palmiradan şimala – Rəkka və ya Deyr əz-zora getməsi üçün  əvvəlcə İŞİD-in Palmiradakı və Kalamundakı istinadgahları məhv edilməlidir. Bu ona görə lazımdır ki, hücum zamanı Suriya ordusuna terrorçuların arxadan zərbə endirməyə gücləri olmasın", - deyə səhra komandiri bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2016  14:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!